İntihar edən müəllimənin cibindən çıxan mesaj : “Uşağım olmadığına görə də yaşamaq istəmirəm.”

Biləsuvar rayonunda 31 yaşlı müəllimənin intiharının təfərrüatları məlum olub.

Bəydilli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə aprelin 1-də axşam saatlarında baş verib:

Çox gözəl bir ailə idi, səhhətində heç bir problem yox idi. Qaynana ilə bir evdə yaşayırdı. Neçə illər idi ki, ailə qurmuşdu, amma uşaqları olmurdu.

Sakinlərin sözlərinə görə, mərhum Esmira Həsənovanın intihar etməsinə səbəb ailə münaqişəsi olub:

Deyirlər ki, evlərində söz-söhbət olub. O, da öz otağında özünü asıb. İntihardan sonra Esmiranın cibindən məktub çıxıb. Yazıb ki, uşağım olmadığına görə həyatdan və problemlərdən bezmişəm. Bu üzdən də yaşamaq istəmirəm.

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Çaylı kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Esmira Həsənova intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az