Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şirvan sakini bıçaqlandı

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Rüstəm Yumaqujin kürək nahiyəsindən bıçaqlanıb.

Xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Rüstəm Yumaqujinin Ayaz adlı şəxs tərəfindən bıçaqlandığı deyilir. Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AzNews.az