Ağır yol qəzası - Ər və arvad yaralandı

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Aşağı Öysüzlü kənd sakini 1958-ci il təvəllüdlü Arif Həsənov və onun həyat yoldaşı, sərnişin, 1961-ci il təvəllüdlü Səidə Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

AzNews.az