- Köhnə - Hadisə
- 18 Aprel 2017 09:04
- 3 534
52 yaşlı kişi özünü asdı - Bakıda

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində intihar hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1975-ci il təvəllüdlü Hacıyev Zaur yaşadığı evdə özünü asıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü ölüm həddinə çatdırma) cinayət işi başlanıb.
AzNews.az