Bakıda ər arvadını bıçaqlayıb. Bakıda ər arvadını bıçaqlayıb.

Ər arvadını bıçaqladı - Bakıda

Bakıda ər arvadını bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsində yerləşən yaşayış evlərinin birində yaşayan İmaməliyeva Dilarə Əbdülrəhman qızı əri (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

D.İmaməliyeva polisə ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Aparılan araşdırma nəticəsindən məlum olub ki, o, əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az