- Köhnə - Hadisə
- 6 Fevral 2013 12:19
- 2 245
İsmayıllıda daha 6 nəfər polisə aparıldı
Bu barədə AzadlıqRadiosuna adı çəkilən şəxslərin yaxınları məlumat veriblər. Hazırda onların polis və prokurorluq əməkdaşları tərəfindən dindirildiyi bildirilir. Rayon polis şöbəsinin rəis müavini Şöhrət Cəfərov isə saxlananlardan xəbərsiz olduğunu deyib.
İsmayıllı hadisələrinə görə saxlananların sayı rəsmi məlumatlara görə 14-ə çatıb. Onlar özgənin əmlakını qəsdən məhvetmə və "hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham olunurlar.
Yanvarın 23-də gecə İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı "Çıraq" motelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. "Azadlıq!", "İstefa!" şüarları səsləndirən etirazçılar icra başçısının istefasını, saxlananların buraxılmasını, rayondakı özbaşınalıqlara son qoyulmasını tələb ediblər.
AzNews.az