- Köhnə - Hadisə
- 4 May 2017 15:40
- 8 555
Sərnişin yolun ortasında özünü avtobusdan atdı - VİDEO
Bu gün səhər saatlarında Bakıda “BakuBus”avtobusundan istifadə edən sərnişin həyatını təhlükəyə atıb.
AzNews.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimaitlə əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayevin tədqim etdiyi videogörüntüdə sərnişin sürücünün idarə etdiyi avtobusu svetaforda saxlamasına qarşı çıxıb. Sürücünün sözlərinə məhəl verməyən sərnişin avtobusun qapısını açıb və yoluna davam edib:
“Sərnişin ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşə bilər. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yaratmış olur. Təəssüf ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.”
Mais Ağayev ictimai nəqliyyatdan istifadə edən hər bir kəsin qanuna əməl etməyin vacibliyini vurulayb:
“Müəyyən edilən qaydalara əməl etməlidir.”
Bahar RÜSTƏMLİ
AzNews.az