Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.

Yasamalda məcburi köçkünlərin yataqxanası yandı - Fotolar + Yenilənib

Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.

Bu barədə Lent.az-a Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsindən məlumat verilib. Bildirilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.

Yanğının baş verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.

Yasamalda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğınla əlaqədar hadisə yerinə 3 təcili tibbi yardım briqadası göndərilib. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, hələ hospitalizasiya edilən yoxdur. Binada qalıb qalmayanlarla bağlı iş gedir.

Yataqxana binasının qabağında xırda tikililərin olması yanğınsöndürən maşınların binaya tam yaxınlaşmasına mane olur. Panikaya düşən sakinlər də yanğınsöndürənlərin işinə əlavə maneə yaradırlar.

***

14:10

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Lent.az-ın hadisə yerində olan əməıkdaşının xəbərinə görə, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.

AzNews.az

image description image description image description image description