- Köhnə - Hadisə
- 18 İyun 2017 21:51
- 4 175
32 yaşlı çoban qətlə yetirildi
Göyçayda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərin görə rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. İki uşaq atası olan Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AzNews.az