- Köhnə - Hadisə
- 29 İyun 2017 09:52
- 3 363
Bakıda bina yandı - 14 nəfər təxliyyə olundu
Bakı şəhəri, Sabunçu rayonunda bina yanıb.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.