- Köhnə - Hadisə
- 5 İyul 2017 22:56
- 4 686
Astarada yol qəzasında ölən İran vətəndaşının şəxsiyyəti bilindi
Astarada yol qəzasında ölən İran vətəndaşının şəxsiyyəti məlum olub.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində “Dongpeng” markalı yük avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1977-ci il təvəllüdlü Reyhani Seyidməhəmməd Mirkazım oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.