Ucarda ağır yol-nəqliyyat hadisəsi olub. Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.

Ucarda avtomobil aşdı, sürücü yaralandı

Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.

Rayonun Rəstəcə kənd sakini, 1979-cu il təvəllüdlü Rza Cavad oğlu Əliyevin idarə etdiyi VAZ-21011 markalı minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif xəsarətlər alıb. O, Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.