Lənkəranda avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Lənkəranda avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobil ağaca çırpıldı - Yaralananlar var

Lənkəranda avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində qeydə alınıb.

“VAZ-21015” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki nəfər xəsarət alıb. Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

AzNews.az