Göyçayda güclü leysan fəsadlar törədib. Göyçayda güclü leysan fəsadlar törədib.

Güclü leysan fəsadlar törətdi

Göyçayda güclü leysan fəsadlar törədib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, ötən gecədən başlayan leysan yağışları bu gün axşam daha da şiddətlənib.

Yağışın əmələ gətirdiyi sel suları Göyçay şəhərinin şimalındakı fərdi yaşayış evlərini və dağətəyi ərazidə yerləşən həyətyanı sahələri və küçələri lil qatı ilə örtüb.

Rayonun Qarabaqqal kəndində sel suları su ötürücüsünü, avtomobil yolunu dağıdıb, elektrik dirəkləri və ağacları aşırıb. Elektrik naqillərinin qırılması səbəbindən Göyçay şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

AzNews.az