Şəkidə ağacdan yıxılan 61 yaşlı kişi ağır xəsarət alıb. Şəkidə ağacdan yıxılan 61 yaşlı kişi ağır xəsarət alıb.

Qoz ağacından yıxıldı - Ağır yaralandı

Şəkidə ağacdan yıxılan 61 yaşlı kişi ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Oxud kəndində, kənd sakini 1956-cı il təvəllüdlü Mənsur Nəcib oğlu Əsgərov yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb. Müxtəlif dərəcələ ağır bədən xəsarətləri alan 61 yaşlı Mənsur Əsgərov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mənsur Əsgərova qapalı kəllə-beyin, bədənin ümumi travması və sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

AzNews.az