Meşəyə odun yığmağa gedən 93 yaşlı kişinin meyiti tapılıb

Qubada meşədən kişi meyiti tapılıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Püstəqasım kənd sakini Bədəl Alxasov atla meşəyə odun gətirməyə gedib və geri qayıtmayıb.

Ailə üzvləri Bədəl Alxasovun axşam qayıtmadığını görüb axtarışlara başlayıblar və onu meşədə ölmüş vəziyyətdə tapıblar.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.