Cəlilabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cəlilabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Maşın ağaca çırpıldı - Sürücü yaralandı

Cəlilabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad sakini, 23 yaşlı Seyidağa Mirqələm oğlu Ağayev idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı palıd ağacına çırpılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az