- Köhnə - Hadisə
- 10 Oktyabr 2017 21:43
- 4 082
Siyəzəndə ağır qəza - motosikletlə maşın toqquşub
Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi qeydə alınıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, motosikletlə minik maşınının toqquşması nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Siyəzən rayon sakini Əmirov Elçin Əmirağa oğlu xəsarət alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən E.Əmirova kəllə bəyin travması qoyulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.