- Köhnə - Hadisə
- 22 Oktyabr 2017 10:19
- 2 912
Qazaxda ev partladı
Qazaxda evdə qaz sızmasından partlayış baş verib, xəsarət alan var.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.
Kənd sakini Vəliyeva Cəvahir yaşadığı evin mətbəx otağında işığı yandıran zaman partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. C. Vəliyevanın vəziyyəti orta-ağırdır.
Partlayış mətbəxə təbii qazın sızmasından baş verdiyi bildirilir.