- Köhnə - Hadisə
- 27 Oktyabr 2017 10:50
- 4 290
Bakıda 3 otaqlı ev yandı - qarajda maşını ilə birlikdə
Paytaxtda 3 otaqlı ev, qarajında avtomobili yanıb.
AzNews.az FHN-nə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 5 kv.m sahədə, dəhlizin lambirdən ibarət tavanı 2 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.