Abşeronda evdən 62 min avro oğurlanıb

Abşeronda evdən 62 min avro oğurlanıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.