Pambıqçıları daşıyan avtobus körpüdən çaya aşdı - 20 nəfər yaralandı + Yenilənib

Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.

Qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

18:49

Goranboyda avtobus körpüdən aşıb.

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.

Xeyli yaralının olduğu bildirilir.

Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.