- Köhnə - Hadisə
- 29 Oktyabr 2017 13:29
- 4 103
Tovuzda 35 yaşlı kişini ilan sancıb

Tovuz rayon sakinini ilan sancıb.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Abbasov Elburus Nədir oğlunu həyətlərində ilan sancıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.