- Köhnə - Hadisə
- 31 Oktyabr 2017 23:13
- 3 960
Gəncədə yaşayış binasında yanğın - sakinlər təxliyyə edilib
Gəncə şəhərində yanğın hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, insident Yeni Gəncə qəsəbəsində yerləşən 49 saylı binada, yerli sakin Əliyev Coşqun Şəmsəd oğluna məxsus mənzildə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Mənzilin yataq otağında baş vermiş yanğın nəticəsində qatı tüstü yaranıb, ümumilikdə 6-7 nəfər təxliyyə olunub.
Yanğın söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.