Ziya Bünyadov prospektində zəncirvari qəza - tıxac yarandı

Paytaxtın Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) 3 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi(BNA) məlumat yayıb.

Bu səbəbdən, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

BNA sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələrini tövsiyə edir.