- Köhnə - Hadisə
- 4 Noyabr 2017 15:00
- 4 132
41 yaşlı kişi döyüldü
Tovuz rayonunda 41 yaşlı kişi döyülüb.
Trend-in məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Mürsəlov Natiq Aydın oğlu naməlum şəxs tərəfindən döyülüb. O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az