Özünü asdı, son anda xilas edildi

Bakıda intihara cəhd olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbayel rayonu Bibiheybət qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Xəlilov Elmir Heybət oğlu özünü asıb, lakin son anda yaxınları tərəfindən xilas edilib.

E.Xəlilov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.