- Köhnə - Hadisə
- 6 Noyabr 2017 09:38
- 5 796
18 yaşlı oğlan qonşusunu bıçaqladı
Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə şəhər sakini, 1999-cu il təvəllüdlü Osmanov Bəybala Murad oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu, 1996-cı il təvəllüdlü Abbasov Tural İntizam oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan Tural Abbasov təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AzNews.az