Avtomobil aşdı - 2 nəfər yaralandı

Lənkəran rayonunda avtomabil aşıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının rayonunun Göyşaban kəndindən keçən hissəsində baş verib.

“Mitsubishi-pikap” markalı 90-MV-061 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və maşını aşırıb.

Nəticədə Ucar rayon sakinləri 28 yaşlı Soltanov Sabir Şükür oğlu və həmyerlisi Mövsümov Ağamir Mirhəşim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzaya çiskinli hava şəraitində avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

AzNews.az