- Köhnə - Hadisə
- 7 Noyabr 2017 09:06
- 3 954
29 yaşlı oğlan bıçaqlandı
Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, "20-ci Sahə" adlanan ərazidə, marketin qarşısında 1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Minbudaq oğlu tanışı ilə əlbəyaxa dava edib. Nəticədə o, 5 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.