Bakıda evdən 30 minlik qızıl, 8 minlik telefon oğurlandı

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.