- Köhnə - Hadisə
- 8 Noyabr 2017 08:58
- 4 405
Masallıda yanğın olub
Masallıda yanğın faktı qeydə alınıb.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan tikilinin tavanı 35 m² sahədə və taxta konstruksiyadan ibarət divar üzlükləri yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.