Qohumu tərəfindən bıçaqlandı

Ağstafa sakini boğaz nahiyəsindən xəsarət alıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Poylu stansiyasında yaşayan 1966-cı il təvəllüdlü Mirəhməd İskəndərov boğaz nahiyəsinin kəsici alətlə kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti normal olduğu üçün ambulator müalicəyə evə buraxılıb. M. İskəndərov yıxılaraq xəsarət aldığını desə də, onun qohumu tərəfindən mübahisə zəminində bıçaqlandığı bildirilir.

Faktla bağlı Ağstafa ryon Polis Şöbəsində araşdırma aparılır.