- Köhnə - Hadisə
- 8 Noyabr 2017 20:07
- 4 757
Bərdədə ağır qəza - minik maşını traktorla toqquşdu
Bərdə rayonunda yol qəzası baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyevprospektində qeydə alınıb.
Belə ki, rayon sakini Yalçın Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Oktay Məmişova məxsus "Belarus" markalı traktorun qoşqusuna dəyib. Nəticədə minik maşınının sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.