Yük maşınları toqquşdu - Xəsarət alanlar var + Yenilənib

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, yolun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KamAZ” markalı 3 ədəd yük avtomobili toqquşub. Qəzada xəsarət alan "Shacman" markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

***

08:55

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 77-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

"Şaqman" markalı yük maşını ilə "Kamaz" markalı iki maşın toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlar Şabran rayon sakini 1961-ci il təvəllüdlü Əliyev Ələsgər Məmmədəli oğlu və Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Ağaliyev Elman Bəyalı oğludur. Ə.Əliyevin vəziyyəti orta ağırdır, E. Ağamalıyev isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az