Kafedə dava - Yaralılar var

Ağstafada kafelərin birində dava olub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, kafedə rayonun Pirli kənd sakini, 1992-ci il təvəllüdlü Teyyub Qurbanzadə ilə Eynallı kənd sakini, 1987-ci il təvəllüdlü Rövşən Abdullayev arasında mübahisə düşüb. Nəticədə onlar əlbəyaxa olublar və hər iki şəxs xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.