Körpə 5-ci mərtəbədən yıxıldı - Bakıda

Bakıda 5-ci mərtəbədən yıxılan uşaq ölüb.

AzNews.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, Yejov German Andreyeviç 1 yaş 9 aylıq olub.

Dilarə Əliyeva 243 ünvanında fasadı və balkonları təmir olunan binanın 5-ci mərtəbəsində yaşayan azyaşlı eyvandan düşüb.

Çox ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşağı xilas etmək mümkün olmayıb.