- Köhnə - Hadisə
- 10 Noyabr 2017 19:43
- 3 592
Bakıda qarajdan 15 min manat oğurlanıb
Bakıda qarajdan xeyli miqdarda pul oğurlanıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayan Raya Əliyeva polisə müraciət edərək özünə məxsus qarajdan 15 min manat pul oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.