- Köhnə - Hadisə
- 11 Noyabr 2017 16:45
- 3 462
Qadın pomidor tutmasından zəhərləndi
Bərdə rayonunda qadın pomidor tutmasından zəhərlənib.
AzNews.az "Report"a istinadən xəbər verir ki, Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.
Belə ki, kənd sakini Qənirə Ağayevanın halı pisləşdiyi üçün yaxınları onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona tibbi yardım göstərib.
Yaxınlarının verdiyi məlumata görə, Q.Ağayeva özünün ev şəraitində hazırladığı pomidor tutmasından zəhərlənib.
Hazırda onun vəziyyəti stabildir.