Sərxoş sürücü qəza törətdi

Göyçay rayonunda yol qəza hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov İlyas Mirzəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili idarə edərkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Qasımov Elvin Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qəzadan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı sürücü, Məmmədov İlyas Mirzəli oğlu müayinə edilərkən onun sərxoş olduğu aşkarlanıb. Onun spirtli içki qəbul etdiyi müəyyən olunub.

Sürücü sərxoş olduğundan Göyçay rayon Polis Şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az