- Köhnə - Hadisə
- 12 Noyabr 2017 14:51
- 5 365
Astarada zəncirvari qəza - ölən və yaralıların adları bilindi (Yenilənib)
Astarada ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə zamanı Lənkəran rayon sakini 1976-cı il təvəllüdlü Elgün Vaqif oğlu Rzayev ölüb.
Astaranın Ərçivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Həlimə Fəttah qızı Rəhimova, Maşğan kənd sakini 1996-cı il təvəllüdlü Elməddin İsayev ,1987-ci il təvəllüdlü Səadət Hacıyeva, Lənkəran sakini Azər Qəhrəman oğlu Həsənov və Pərviz Rafiq oğlu Sadıqov xəsarət alıblar. Xəsarət alanlardan 4-2 Astara, 2-i Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün Astarada ağır qəza olub, ölən və yaralananlar var.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb.
”Ford “markalı sərnişin avtobusu, ”Mercedes” markalı yük avtomobili və “Vaz-2107 “markalı minik avtomobi toqquşub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.