- Köhnə - Hadisə
- 12 Noyabr 2017 15:46
- 5 433
Bakıda mağazanın anbarında yanğın olub
Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın anbarında yanğın baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, 4 m2 sahədə rəflər və rəflərə yığılmış ərzaq malları yanıb, yüksək temperaturdan lambirdən ibarət qapı əriyib.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.