- Köhnə - Hadisə
- 13 Noyabr 2017 09:06
- 4 049
Keçmiş məhkum boğazından bıçaqlandı
Bakının Sabunçu rayonu ərazisində əvvəllər məhkumluq həyatı yaşamış şəxs söyüş söydüyünə görə boğazından bıçaqlanıb.
"Report" xəbər verir ki, 1964-cü il təvəllüdlü Babayev Nahid Şamil oğlu Ramana qəsəbəsində yerli sakini söyüb.
Nəticədə onların arasında dava düşüb. Bu zaman qarşı tərəf N.Babayevin boğazına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
AzNews.az