Bakıda 1 nəfər çuxura düşdü

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər çuxura düşüb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər çuxura düşərək köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı dərinliyi 3 metr olan çuxurdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.