Nəvə nənəsini öldürdü - Təslim oldu

Şəkidə qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, noyabrın 11-də Şəki rayonunda yaşayan ruhi xəstə Reyhanə Davudova evində münaqişə zəminində nənəsi Nüyvər Sadıqovanı boğub və baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetirib.

R.Davudova könüllü olaraq Şəki ŞRPŞ-yə gələrək istintaqa təslim olub.