- Köhnə - Hadisə
- 13 Noyabr 2017 17:27
- 3 180
16 yaşlı oğlan bıçaqlandı
Bərdə rayonunda biçaqlanma hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Gərənə kəndi ərazisində salınan və məcburi köckünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Məmmədov Sənan Ceyhun oğlu həmyerlisi, 16 yaşlı Abbasov İsmayıl Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Yaralı yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az