- Köhnə - Hadisə
- 13 Noyabr 2017 21:51
- 4 581
Tovuzda avtomobil aşdı - xəsarət alanlar var
Tovuzda yol qəzası baş verib.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndinə gedən yolda qeydə alınıb.
Minik avtomobilinin aşması nəticəsində Abulbəyli kənd sakinləri, 1965-ci il təvəllüdlü Şəhadət İsmayılov və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Gülbəniz İsmayılova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.