- Köhnə - Hadisə
- 14 Noyabr 2017 10:15
- 4 689
İki piyadanı maşın vurdu
Bakıda iki piyadanı maşın vuraraq öldürüb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, Bakının Sabunçu rayonu ərazisində Ramal Quliyev idarə etdiyi “Daewoo” markalı maşınla yolu keçən 1952-ci il təvəllüdlü Etibar Ağalarovu vurub.
Paytaxtın Binəqədi rayonunda isə “KamAZ” markalı qaldırıcı kran 1958-ci il təvəllüdlü Nazxanım Hacıyevanı vuraraq öldürüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.