Metroda qatarlar toqquşdu Onlarla yaralı var

Sinqapurda metroda iki qatarın toqquşması nəticəsində 23 nəfər yaralanıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti çox ağırdır.

Məlumata görə, qəzanın səbəbi Cukun stansiyasında siqnal sistemində yaranan nasazlıq olub.

Qəzadan sonra bir neçə saat metroda hərəkət dayanıb.

Qəzanın səbəbləri araşdırılır.