3 yaşlı qıza itlər hücum etdi Vəziyyəti ağırdır

Rusiyanın Mitışı şəhərinin hüquq-mühafizə orqanları 3 yaşlı qıza itlərin hücumu ilə bağlı cinayət işi açıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, noyabrın 14-də 3 yaşlı qız 3 itin hücumuna məruz qalıb.

Çoxsaylı dişləmələrdən huşunu itirən uşaq reanimasiyaya yerləşdirilib.

Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.